EN

Millimizin seçmə mərhələ üçün heyəti

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, Tahir Baxşıyev DÇ 2027-nin seçmə mərhələsinin oyunları üçün 12 basketbolçuya dəvət göndərib.

Bunlar Amil Həmzəyev, Endar Poladxanlı, Kamran Məmmədov, Əkbər Məmmədov, Elşad Şirzadov, Şirzad Şirzadov, Donta Hol, Saadettin Donat, Cəbrayıl Əkbərov, Orxan Aydın, Ercan Donat və Ulaş Turqutdur.

Qeyd edək ki, millimiz fevralın 20-də səfərdə Kosovo, üç gün sonra isə evdə İrlandiya ilə qarşılaşacaq.

Chosen
55
3
msport.az

7Sources