Bakı, 18 fevral, AZƏRTAC
Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki baş məclisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, baş məclis MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilir.
Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə əvvəlcə qurumun 4 illik hesabatı dinləniləcək. Daha sonra MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək.