EN

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

Təhlil nəticəsində məşğulluq göstəricisi yüksək olan top 15 ixtisas müəyyən edilib.

Bakı Dövlət Universiteti (BDU) məzunlarının məşğulluq vəziyyəti təhlil edilib, göstəricisi yüksək olan top 15 ixtisas müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə BDU arasında görüş keçirilib və universitetin məzunlarının məşğulluq vəziyyətinin təhlil nəticələri təqdim edilib.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli bildirib ki, məzunların məşğulluq vəziyyətinin təhlil edilməsi üçün 47 min 199 nəfər BDU tələbəsinin təhsil məlumatları, 23 min 978 məzun məlumatları və 12 min 500 nəfərin məşğulluğuna dair məlumatlarından istifadə edilib.

Təhlil nəticəsində məşğulluq göstəricisi yüksək olan top 15 ixtisas müəyyən edilib. Məlum olub ki, məşğulluq göstəricisi ən yuxarı olan İqtisadiyyat və idarəetmə, Kənd təsərrüfatı ixtisas qruplarıdır. Məşğulluğu göstəricisi ən yüksək olan məzunlar isə Geologiya, Hidrometeorologiya, Menecment ixtisaslarını bitirən tələbələrdir.

Təhlil zamanı universitet və filial üzrə məşğulluq müqayisəsi aparılıb, ixtisas qruplarında və ixtisaslarda tələbələrin say trendi habelə orta əməkhaqqı göstəriciləri müəyyən edilib.

BDU-un rektoru Elçin Babayev təhlil nəticələrini universitet məzunlarının əmək bazarına uğurla inteqrasiya olunmasına və tələbələrin gələcək karyera perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım kimi dəyərləndirib.

Qeyd edilib ki, təhlil nəticələrinə əsasən tələbələrin iş həyatına daha asan uyğunlaşması üçün müxtəlif proqramlar tətbiq ediləcək.

Chosen
21
7
operativmedia.az

8Sources