Gəncədə tarixi binalar sökülür, yerində obyekt tikiləcək. Bu sözləri Azadmedia.az-a Gəncədən oxucular göndərib və ürək ağrısı ilə bildiriblər ki, sözügedən ərazi Atatürk prospektindədir. Cümhuriyyətin Parlament binasının 30 metrliyi, ADAU əsas bina ilə üzbəüz tarixi evlərin yerində hansısa obyektlərin daha çox gəlir gətirəcəyinə əmin olanlar unudur ki, tarixi də yaşatmaq lazım. Sakinlər bildirir ki, əvvəlcə arxa tərəfdən sökməyə başlayıblar ki, diqqət cəlb etməsin. Bəlkə də adını qoyacaqlar mülklərdir, amma İçərişəhərdəki kimi mülkləri restavrasiya etmək lazım, dağıtmaq yox. Tarixin yadigarıdır...
İnanmaq istəyirik ki, Gəncə Şəhər İcra Hakimiyyəti söküntünün qarşısını almaqda yardımçı olacaq, hərçənd ki, Gəncənin cavabdeh şəxslərinin "razılığı" alınmasa daşı daş üstdən götürmək olmaz.