EN

"Nutella"-nın yaradıcısı Françesko Rivella vəfat edib

"Nutella"-nın

Məşhur italyan kimyaçısı və Nutella şokoladının yaradıcısı Françesko Rivella vəfat edib. Onun 97 yaşı var idi.“Ulusum”.az-ın məlumatina görə, Rivella fevralın 14-də dünyasını dəyişib. O, ailəyə məxsus olan Ferrero qənnadı şirkətinin fəaliyyətə başladığı Alba şəhərində dəfn olunacaq. Orada kimyaçı texniki menecer, sonra isə fundamental tədqiqatlar üzrə direktor vəzifəsində çalışıb. Rivella 1993-cü ildə təqaüdə çıxıb.Kimyaçı digər brend məhsulların – Mon Cherì konfetlərinin və Tic Tac şirniyyatlarının yaradılmasında da öz töhfəsini verib. O, həmçinin Kinder Cioccolato, Kinder Sorpresa və Ferrero Rocher üçün reseptlər hazırlamaqla tanınır.Səidə

Diqqət Çəkənlər

İlyas İsmayılov vəfat edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Natalya Koçanova Azərbaycana səfərə gəlib

Chosen
35
ulusum.az

1Sources