EN

“Turan kuboku” da olacaq

Türkdilli ölkələr arasında ilk dəfə futbol üzrə “Turan kuboku” keçirləcək.

Bu ilin martında keçirilməsi nəzərdə tutulan turnir türk dünyasının birliyi, Turan yaradılması ideyasına xidmət edəcək.

Turnirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türkdilli ölkələrin klubları iştirak edəcək. Çox güman, təşkilatçı Türkiyə Futbol Federasiyası olacaq. Turnirlə bağlı bütün təfərrüatın yaxın günlərdə açıqlanması gözlənilir.

Maraqlıdı, AFFA-nın bu məsələdən xəbəri varmı, belə təklif alıbmı?

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli "Football-plus.az"a açıqlamasında bu barədə məlumatlı olmadıqlarını söylədi.

ƏSƏD SEYİDOV

Chosen
51
football-plus.az

1Sources