EN

İsrail Livanın cənubundan geri çəkildi

Livan ordusunun bölmələri atəşkəs razılaşmasına uyğun olaraq İsrail qoşunlarının geri çəkildiyi ölkənin cənub bölgələrinə daxil olub. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Livan ordusu Cənubi Livanın mərkəzi və şərq hissəsinə - Mhaibib, Meys əl-Cəbəl, Blida, Hula və Markaba daxil olub. 

Öz növbəsində İsrail televiziya və radio şirkəti İsrail ordusunun beş nöqtə istisna olmaqla, Livanın cənubundan qoşunlarını çıxardığını təsdiqləyib.

İsrail bundan əvvəl öz qoşunlarının qeyri-müəyyən müddətə qalacaqları beş strateji nöqtə istisna olmaqla, Livan ərazisindən çəkiləcəyini açıqlamışdı.

Chosen
19
operativmm.az

1Sources