EN

Nikolay Patruşev: "Fransanın dənizaşırı əraziləri onlara müstəmləkə münasibətindən yorulub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fransanın ada əraziləri Parisin onlara müstəmləkə kimi münasibətindən yorulub".
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Dəniz Kollegiyasının rəhbəri, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Aif.ru-ya müsahibəsində bildirib.
"Fransanın Yeni Kaledoniya, Martinik, Qvadelupa və digər bəzi ada əraziləri onlara müstəmləkə münasibətindən, bütün resursların qəsbindən və dünya okeanının müxtəlif hissələrində öz təsiri üçün istifadə edilməsindən yorulub. Bununla yanaşı, Fransa müstəqillik arzusunda olan dənizaşırı ərazilərin sakinlərinin fikrini dinləmək niyyətində deyil", - deyə Dəniz Kollegiyasının rəhbəri vurğulayıb.
Patruşev qeyd edib ki, 2024-cü ilin sonundan etibarən aksiyaların güc yolu ilə yatırılması hallarının artması bununla bağlıdır. Onun sözlərinə görə, bununla belə, ekspertlər etirazların daha da güclənəcəyini proqnozlaşdırıblar.
Chosen
22
1
oxu.az

2Sources