EN

Xəzəryanı ölkələrin iri şirkətləri nəqliyyat sahəsində effektiv əməkdaşlıq edə bilərlər - İrandan təklif

Bakı. Trend:

Xəzəryanı ölkələrin iri şirkətləri nəqliyyat sahəsində effektivəməkdaşlıq edə bilərlər.

Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müaviniSəid Rəsuli Tehranda təşkil olunan Xəzəryanı ölkələrin İqtisadiForumunda “Yükdaşıma və nəqliyyat əməkdaşlığı vətexniki-mühəndislik xidmətləri” panelində etdiyi çıxışındadeyib.

Onun sözlərinə görə, köhnə üsullardan çıxaraq, rəqəmsalnəqliyyat dəhlizlərinin qabaqcıl sahəsinə daxil olmaqla, Xəzəryanıölkələrin mənafeyini təmin etmək olar:

"Xəzər dənizinin şimal-cənub, şərq-qərb istiqamətlərində dəniz,yol və dəmiryolu nəqliyyatının ticarət məqsədilə faydalı olmasıistiqamətində dəhlizlərlə əlaqədar iqtisadi, ticarət, yükdaşıma vətranzit razılaşmalardan ölkələrin maksimum şəkildə yararlanmasıəhəmiyyət kəsb edir".

Rəsuli deyib ki, Xəzəryanı ölkələrdən iki və ya üçünün bir sıratəşkilatlarda, o cümlədən, Şimal-Cənub Beynəlxalq Dəhlizi, Aşqabadtranzit razılaşması, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi(TRACECA), Xəzəryanı dövlətlərin iqtisadi və ticarət əməkdaşlığırazılaşması, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadiƏməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı üzvlüyü diqqəticəlb edəcək dərəcədə imkanlar yaradıb.

Nazir müavini təklif edib ki, Xəzəryanı ölkələrin iri şirkətləribirgə iş çərçivəsində nəqliyyat sahəsində effektiv əməkdaşlıq edəbilərlər.

Qeyd edək ki, 17-18 fevralda Tehranda Xəzəryanı ölkələrin(Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) İqtisadiForumu keçirilir.

Chosen
38
az.trend.az

1Sources