EN

“Ermənistana qarşı konkret məhkəmə qərarı əldə etməliyik” - Hüquqşünas


Xəbər verdiyimiz kimi, Azərbaycan Haaqaвф yerləşən Daimi Arbitraj Məhkəməsinə 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Bakгpost.az -a deyib ki, Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətləri bölgədəki canlı təbiətə və növlərə dönməz şəkildə ciddi ziyan vurub:



"Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir. Daimi Arbitraj Məhkəməsi bir münsif məhkəməsidir və Azərbaycan tərəfi artıq Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Bununla da artır arbitraj prosesi başlayıb".

Ekspert bildirib ki, amma bu o demək deyil ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq: “Beynəlxalq məhkəmələrdə proseslər uzun çəkir. Bizim üçün bu əsas deyil. Əsas odur ki, biz Ermənistanla bağlı verdiyimiz iddialarda konkret məhkəmə qərarı, akt əldə etməliyik. Onların buna görə təzminat verməsi və ya ödəməkdən imtina etməsi sonrakı məsələdir. Bizim əlimizdə Ermənistanın təcavüzü nəticəsində bizə dəymiş bütün ziyan, o cümlədən Azərbaycan xalqına qarşı edilən cinayətlərlə bağlı tutarlı sənədlər olmalıdır. Bu beynəlxalq hüquq müstəvisində bizə qarşı gedən müharibənin tərkib hissəsidir. Biz də cavab tədbiri kimi bu işləri görürük”.

Sevinc,
BakuPost

Chosen
16
bakupost.az

1Sources