EN

Nikolay Patruşev: “Rusiya qeyd-şərtsiz qalib gələcək”

“Ukraynadakı münaqişə şübhəsiz ki, Rusiyanın qeyd-şərtsiz qələbəsi ilə başa çatacaq”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “Аргументы и факты” nəşrinə müsahibəsində belə deyib.

“Axı heç bir şübhə yoxdur ki, münaqişə Rusiyanın qeyd-şərtsiz qələbəsi ilə başa çatacaq”, - deyə Patruşev bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrini ehtiyatsızlıqdan maliyyələşdirən və onları silahla təmin edən Avropa İttifaqı ölkələri Ukraynadakı dağıntıların əsas günahkarına çevrilib.

“Lakin Rusiyanın şübhəsiz ki, qeyd-şərtsiz qələbəsindən sonra indi dağılmış Ukrayna iqtisadiyyatını və infrastrukturunu bərpa etmək üçün Aİ daha çox pul xərcləyəcək. Aydındır ki, ABŞ-nin tələbi ilə avropalılar daha fəal şəkildə pul ayıracaqlar.

“Neonasist” Kiyev rejimini və onun silahlı birləşmələrini gücləndirən transmilli ingilis və amerikan şirkətləri təbii ehtiyatlara - nadir torpaq metallarına, neftə, qaza, kömürə, münbit torpaqlara maneəsiz çıxış əldə etməkdə maraqlı olduqlarını gizlətmirlər. 

Anqlosaksları Ukraynanın əhalisi, sənayesi, şəhərləri və ümumilikdə bu ölkənin gələcəyi maraqlandırmır”, - deyə Patruşev qeyd edib.

Chosen
28
cebheinfo.az

1Sources