EN

Bu sektor ölkəmizə valyuta axınını təmin edir - Deputat

Turizm sahəsi ölkəmizdə prioritet istiqamətlərdən biridir. Ümumiyyətlə, ildən-ilə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. 

Bu sözləri News24.az-a Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib. 

Deputat bildirib ki, bu sahə qeyri-neft sektoru olaraq ölkəmizə valyuta axınını təmin edir, eyni zamanda, yeni iş yerlərinin açılmasına səbəb olur.

“Xususi olaraq yay aylarında turistlərin sayında daima artım müşahidə olunur, eyni zamanda ölkəmizdə yay aylarında da gələn turistlərin sayında artım müşahidə olunur. Bu istiqamətdə aidiyyəti qurumlar da lazımi addımlar atır ki, Azərbaycanın turizm sahəsində daimi inkişaf olsun”, - deyə o əlavə edib.

G.Qəhrəmanov bildirib ki, ölkəmizin turizm potensialı beynəlxalq tədbir və sərgilərdə yüksək səviyyədə təqdim olunur: 

“Ötən il 2.7 milyona yaxın xarici vətəndaş ölkəmizə səfər edib. Olduqca yaxşı bir haldır, bu il də daha çox göstəricinin şahidi olacağıq. Eyni zamanda, çinli turistlər, artıq Azərbaycana daha rahat şəkildə gələ bilir. Ümumiyyətlə, sənədləşmə istiqamətində də işlər müsbət şəkildə irəliləyir”.

Ağa Dadaşzadə


Chosen
19
news24.az

1Sources