EN

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 458 110 vahid artıb və bu il fevralın 1-nə 1 860 025 olub.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 430 225 vahid artaraq 970 147 təşkil edib.

"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.

Chosen
13
3
report.az

10Sources