EN

Bundesliqada komandaları meydana türklər çıxarır

Almaniya çempionatının - bundesliqanın matçlarını izlədim.

Maraqlı oyunlardan biri Dortmundda - yerli “Borussiya” ilə “Ştutqart” arasında keçirildi. Bu oyunu, ümumiyyətlə, turun əsas qarşılaşması da saymaq olardı. Həm də ona görə ki, indi hər iki komanda yüksək yerlər uğrunda yarışır, sonuncu Çempionlar Liqasının ümumi mərhələsinin iştirakçılarıdı. Dortmundlular hələ də turnirdə mübarizəni davam etdirirlər. Çox maraqlı, gərgin mübarizə şəraitində keçən oyun qonaqların – “Ştutqart”ın 2:1 hesablı qələbəsi ilə başa çatdı. Bütün bunları yazmaqda məqsədim bundesliqanın son turu haqda geniş məlumat vermək deyil, əlbəttə. Hədəfim müasir Almaniya futbolunda türklərin, türk əsilli futbolçuların rolunu xatırlatmaqdı.

Əvvəla onu deyim ki, hər iki komandanı - həm “Borussiya”nı, həm də “Ştutqart”ı meydana çıxaran oyunçular, yəni komandaların kapitanları türklər idi. “Borussiya”da bu missiyanı Əmrə Can, “Ştutqart”da isə Atakan Karazor yerinə yetirdi. Bu üzdən “Borussiya” – “Ştutqart” matçını həm də Əmrə Can - Atakan Karazor qarşılaşması adlandırmaq olardı. Yeri gəlmişkən, xatırladım ki, Karazor Türkiyə yığmasının üzvüdü. Əmrə Can isə hələ ötən ilə qədər Almaniya yığmasında çıxış edirdi. Qeyd edim ki, Türkiyənin əsas yığmasının daha bir üzvü - Salih Özkan bu qarşılaşma zamanı dortmundluların ehtiyat oyunçuları arasında yer almışdı. Xatırlatmaq istəyirəm ki, hələ 10 gün əvvələ qədər Dortmund komandasının baş məşqçisi də daha bir məşhur türk əsilli alman futbolçu Nuri Şahin idi. Komandanın zəif çıxışı onun istefası ilə nəticələndi. Burda adını çəkdiyim dörd türk əsilli futbolçunun hamısı Almaniyada doğulub.

Görünən odu ki, müasir Almaniya futbolunda türklərin xüsusi yeri var və bu yer getdikcə daha da möhkəmlənir.

İLHAM RƏSUL

Chosen
57
football-plus.az

1Sources