Bu gün saat 08:50-də yerinə yetirilməli olan AZAL aviaşirkətinin J2 8230 nömrəli Tiflis-Bakı reysi təxirə salınıb.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Tiflis aeroportunun məlumatında bildirilib.
Məlumata əsasən, reys bu gün saat 18:00-a təyin olunub.
Reysin təxirə salınmasının səbəbi açıqlanmır.