Teleaparıcı Urfan Məmmədli yeni layihəyə start verib.
Minval.info xəbər verir ki, “Haradan başlamalı” adlı podkastda kitabı nəşr olunan yazıçı, şair, qələm sahibləri ilə “Nə yazırlar?” istiqamətində söhbət edəcək. Məqsəd isə oxucuları yerli müəlliflərlə və onların nəşr etdiyi kitablarla yaxından tanış etməkdir. Podkastın ilk qonağı, səyyah, bloger, 3 kitab müəllifi İradə Qədirova oldu.