EN

Xosep Qvardiola “Real”la oyuna bədbin təxmin verdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/16 final mərhələsinin “Real”la cavab oyunu haqda fikrini açıqlayıb.

Arena.az “The Independent” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis bədbin təxmini ilə diqqət çəkib:

“Əgər siz, bizim cari vəziyyətimizi nəzərə alaraq, “Santyaqo Bernabeu”dakı qələbəmiz ehtimalı haqda soruşsanız, mən bunun az olduğunu, 1% olduğunu deyərəm. Amma hələ imkanımız var və biz cəhd edəcəyik. Bu, dəqiqdir”, deyə Xosep Qvardiola vurğulayıb.

“Real” – “Mançester Siti” oyunun sabah, fevralın 19-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (20 fevral) başladacaq.

Xatırladaq ki, səfərdə keçirilmiş ilk oyunda “Real” “şəhərlilər” üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.

Chosen
117
4
arena.az

4Sources