Gürcüstanın Qardabani rayonunda naməlum şəxs azərbaycanlı iş adamının həyətinə daxil olaraq avtomobilini yandırıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 4 radələrində baş verib.
Məlumata görə, iş adamı Ələzir İrzayevin həyətinə daxil olan şəxs onun avtomobilinə benzin tökərək yandırıb.
Zərərçəkən hadisəyə görə yerli kriminal avtoriteti günahlandırıb.
Faktla bağlı istintaq aparılır.
Bizim.Media