Dənizdə külək elektrik stansiyalarının inşası hazırda prioritet məsələlərdən biridir.
Day.Az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev bu gün "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil edilən mediatur zamanı deyib.
O bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq su obyektlərinin təhlili və dəyərləndirilməsi yekunlaşmaq üzrədir:
"Bir çox şirkətlərin həmin ərazilərdə KES-lərin inşası ilə bağlı marağı var. Onlarla danışıqlar aparılır. Biz artıq dənizdə müəyyənləşdirilniş hissələrin birində külək ölçü-müşahidə fəaliyyəti aparırıq".
"Digər istiqamətlər üzrə də ölçü-müşahidə fəaliyyətimizə başlayacağıq. Növbəti mərhələdə qanunvericiliyə uyğun olaraq istehsalçı seçiləcək", - deyə C.Abdullayev qeyd edib.