EN

Xəzərdə "Offshore Wind" layihəsini nəzərdən keçiririk - "ACWA Power" rəsmisi

Bakı. Trend:

Azərbaycanın liderlik etdiyi və strateji layihələrdən biri"yaşıl dəhliz"dir. Bu dəhlizlə Azərbaycan neft və qazla yanaşı,"yaşıl enerji"sini də Avropaya tədarük edə biləcək.

Trend xəbər verir ki, busözləri "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrədirektoru Selim Güven bu gün "Xızı–Abşeron" Külək ElektrikStansiyasına təşkil edilən mediatur zamanı deyib.

O bildirib ki, layihə çərçivəsində Azərbaycandan Avropaya vəeyni zamanda Qazaxıstan, Özbəkistandan Azərbaycana kolidorlar daplanlaşdırılır: "Həmçinin, Naxçıvandan Türkiyəyə enerji kolidoruaçılması nəzərdə tutulur. Layihə çərçivəsindəki kanallar,koldirolar bu bölgədəki zəngin, təbii və bərpa oluna bilən enerjiqaynaqlarını Avropaya və digər bazarlara çatdırmaq məqsədinidaşıyır".

"Bu işlər çərçivəsində Xəzər dənizində külək enerjisipotensialını həyata keçirmək üçün "Offshore Wind" adlı bir layihənidə nəzərdən keçiririk. Bu layihə ilə bağlı fəaliyyətimizi davametdiririk. Hazırda bununla bağlı Azərbaycanda müvafiq qurumlarladanışıqlar aparırıq", - deyə S. Güven vurğulayıb.

Chosen
48
az.trend.az

1Sources