Bakı, 18 fevral, AZƏRTAC
UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsində Türkiyədə “Qalatasaray” və “AZ Alkmaar” komandaları arasında keçiriləcək cavab görüşünün UEFA nümayəndəsi olacaq.
Qarşılaşma fevralın 20-də İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.