EN

Selim Güven: Xəzər dənizində qurulacaq KES əraziləri ilə bağlı sazişin imzalanması gözlənilir

Bakı, 18 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Xəzər dənizi üzərində qurulacaq külək enerji stansiyalarının əraziləri ilə bağlı saziş hazırlanmaq üzrədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven deyib.

Onun sözlərinə görə, ən qısa vaxt ərzində bu sazişin imzalanması gözlənilir. Həmçinin “ACWA Power” şirkəti Azərbaycanın külək potensialını müəyyən etmək üçün dəniz üzərində “Offshore Wind” layihəsinin icrasını davam etdirir.

“Bu layihə ilə bağlı Energetika Nazirliyi və tərəfdaşlarla görüşlər keçirilir. Şirkət ilkin razılaşmalardan sonra bu sahədə də çalışmalarını davam etdirəcək”, - deyə o bildirib.

Qeyd edək ki, ötən il noyabrın 15-də “ACWA Power”, SOCAR və “Masdar” şirkətləri arasında 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu stansiya Azərbaycanda dənizdə olacaq ilk külək elektrik stansiyası olacaq.

Chosen
32
1
azertag.az

2Sources