EN

Hesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Bu gün Azərbaycan Respublikasının Hesablama Palatası iləNaxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumuimzalanıb.

Trend-ə bubarərə Palatadan məlumat verilib.

Məlumata görə, memoranduma əsasən elmi-praktik əlaqələrininkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması,qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin bölüşülməsi vəs. istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulub.

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri VüqarGülməmmədov Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşüb.Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev,həmçinin Universitetin və Hesablama Palatasının əməkdaşları iştirakediblər.

Vüqar Gülməmmədov dövlət maliyyəsinin idarəedilməsi, onanəzarətin nəzəri və praktik aspektlərinə toxunub. Eyni zamanda,sədr Hesablama Palatasının strateji idarəetmə çərçivəsinə diqqətyetirib, müxtəlif ali təhsil müəssisələri ilə əlaqələringenişləndirilməsi istiqamətində bir sıra proqramların həyatakeçirildiyini qeyd edib.

Sədr bu çərçivədə Naxçıvan Dövlət Universiteti ilə birgəfəaliyyətin nəzərdə tutulduğunu da vurğulayıb. O, “Dövlətsektorunda audit” təlim layihəsi üzrə praktik təlimlərinəhəmiyyətindən, ixtisaslı kadrların hazırlanmasının önəmindən bəhsedib.

Vüqar Gülməmmədov qeyd edib ki, gələcəkdə Universitet iləəməkdaşlıq təkcə təlim proqramı ilə məhdudlaşmayacaq, həm dətələbələrin Hesablama Palatasında təcrübə keçməsi, karyera inkişafıüçün təlimlərə cəlb edilməsi, birgə tədqiqat işlərinin aparılması,universitet tələbələrinin sahə üzrə ən yaxşı məqalələrinin "Dövlətauditi" jurnalında nəşr olunması, müvafiq fənlər üzrə tədrisproqramlarının müəyyənləşdirilməsinə dəstəyin verilməsi nəzərdətutulur.

Görüş çərçivəsində Hesablama Palatasının əməkdaşları qurumunfəaliyyəti ilə bağlı geniş təqdimatlarla çıxışlar ediblər.

Daha sonra tələbələrlə dövlət maliyyə nəzarətinin əhəmiyyətibarədə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallarcavablandırılıb.

Qeyd edək ki, “Dövlət sektorunda audit” layihəsi çərçivəsindəyüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusisertifikatların verilməsi, həmçinin Hesablama Palatasının müvafiqstruktur bölmələrində fəaliyyətə cəlb olunmalarıplanlaşdırılır.

Chosen
62
7
az.trend.az

10Sources