EN

Soydaşlarımız Qazaxıstan Xalqlar Assambleyasının 30 illiyini qeyd edib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və QazaxıstanınTürküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” AzərbaycanEtnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstan XalqlarıAssambleyasının 30 illik yubileyi münasibətilə Sayram rayonunda“Qızıl körpü” adlı bayram tədbiri keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, rayon icra hakimiyyətinin başçısının müaviniMadiyar Əlipov, Türküstan vilayətinin Sosial İnkişaf İdarəsinintabeliyindəki “İctimai müqavilə” müəssisəsinin müdiri ElmiraCanqaziyeva, Qazaxıstan Respublikasının jurnalisti və ictimaixadimi, Rusiya Beynəlxalq Ekologiya Elmləri və BioresurslarAkademiyasının müxbir üzvü, Qazaxıstan və Azərbaycan Jurnalistlərİttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüNasiha Kumarqızı öz çıxışlarında ictimaiyyəti bayram münasibətilətəbrik ediblər və ən xoş arzularını çatdırıblar.

Birliyin rəhbəri Ramilə Mustafayeva çıxışında Azərbaycan vəQazaxıstan xalqlarının qardaşlığından danışıb.

Tədbirdə Azərbaycanın mədəniyyəti və adət-ənənələri haqqındasərgi nümayiş olunub. Bayram Azərbaycan və Qazaxıstanmədəniyyətinin məşhur mahnılarının səslənməsi ilə davam edib.

Soydaşlarımız
Soydaşlarımız
Soydaşlarımız
Soydaşlarımız
Soydaşlarımız
Soydaşlarımız
Soydaşlarımız
Soydaşlarımız
Chosen
21
3
az.trend.az

4Sources