EN

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək gimnastların adları bilindi

Azərbaycanı Almaniyanın Kotbus şəhərində təşkil olunacaq Dünya Kubokunda təmsil edəcək idman gimnastları bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.

Ölkəmizi beynəlxalq turnirdə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcək.

Rza Əliyev, Əhməd Ağayev və Anjella Abdullayeva isə hakim kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Dünya Kuboku 20-23 fevral aralığında baş tutacaq.

Chosen
35
7
fanat.az

10Sources