EN

Hakim Orxan Həsənovun qanunsuz hərəkətindən Məhkəmə Hüquq Şurasına ŞİKAYƏT

Asif Mərzili: «Hörmətli İnam müəllim, Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edirdi və…»

Xəbər verdiyimiz kimi, fevralın 14-də Bakı İnzibati Məhkəməsində «Təzadlar» qəzeti rəhbərliyinin Dövlət İmtahan Mərkəzinə qarşı inzibati iddiasına baxılmışdır.

Məhkəmənin İş№-2-1(112)-17311/2024 saylı, 28.12.2024-cü il tarixli SƏRƏNCAM-ı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sübutlar hakim Orxan Həsənovun icraatına verilmişdi. Hakim həmin gün DİM-in nümayəndəsinin iştirakı ilə məhkəmənin hazırlıq iclasını keçirdi, cavabdehə vəkillik etməkdən belə çəkinmədi.

 Qəzetin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili hakimin qanunsuz hərəkətindən Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova şikayət ünvanlayıb. Şikayət məktubunda deyilir:

Hörmətli İnam müəllim!

Bildirirəm ki, feralın 14-də Azərbaycan Respublikası İPM-nin 47-ci və 49-cu maddələrinə əsasən, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə iddia ərizəsinə Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənovun sədrliyi ilə baxıldı. Hakim ilk andan qarşı tərəfə tutalqa verən məlumatları sızdırmağa başladı. Məsələn, hakim dəfələrlə məndən soruşurdu ki, bu informasiya sorğusunda məqsədimiz nədir? Dərhal qarşı tərəf eyni sualla mənə suallar verirdi və mən izah etdikcə hakim məndən tələb edirdi ki, «Siz sualı ətraflı cavablandırın…» və s. Mən isə hakimin diqqətinə çatdırırdım ki, bu məqsəd «Media haqqında» Qanunda aydın şəkildə yazılıb… Hakim təkrar tələb edirdi ki, bir az da ətraflı izah verim. Təkrarən bir də izah edirdim ki, media subyekti və jurnalist informasiya toplamaqda, istehsal etməkdə və yaymaqda azaddır, onun üzərinə senzura tətbiqi yolverilməzdir! DİM rəhbərliyi isə bizim subyektiv hüquq və mənafelərimizi pozur, peşə fəaliyyətimizə əngəl törədir, senzuralıq edir. Jurnalistin və medianın məqsədi istehsal etdiyi informasiyanın ictimai əhəmiyyətliliyini nəzərə alaraq onu ictimailəşdirməkdir.

Hakimin bu hərəkətləri cavabdehin nümayəndəsi Mirzəağa Yaqubzadəni həvəsləndirərək təkrarən çaşdırıcı və gələcəkdə qəbul ediləcək qərarın məzmununa təsir edəcək sual verməyə yönəldirdi. Məsələn, məhkəmənin hazırlıq iclasında hakim mənə bildirdi ki, axı bəzən bu tip sorğuları cavablandırmaq problemlər yaradır. Mən soruşanda ki, «Möhtərəm hakim, axı bu adi və sadə bir sorğudur. Sorğuda Bağırov Nahid Rza oğlu adlı şəxsin ali təhsili ilə bağlı məlumat özü tərəfindən artıq ictimailəşdirilmişdir, biz isə bunun DİM tərəfindən rəsmi təsdiqini xahiş etmişik», hakim dərhal həmin şəxsin İsmayıllı rayon İH-nin başçısı olduğunu bildirdi.

Sual yaranır: Hakim bunu hardan bilirdi və ya bilirdisə də, bunu məhkəmə iclasında niyə açıqlayırdı? Axı mən informasiya sorğusunda həmin şəxsin statusu və ya vəzifəsi barədə heç nə yazmamışdım. Hansı ki, hakim məndən həmin sorğunun surətini istəyəndə sistemdə olmasına baxmayaraq, kağız variantını da ona təqdim etdim.

İkincisi və ən vacibi, məhkəmənin hazırlıq iclasında hakim DİM nümayəndəsinə nəsə müəmmalı və şübhəli işarə vurduqdan sonra, DİM nümayəndəsi M.Yaqubzadə məhkəməyə «İddiaya etiraz» ərizəsini təqdim etdi. Halbuki həmin sənəd əvvəldən məhkəmənin elektron kabinetinə yüklənməli idi. Hakim nümayəndəyə bildirdi ki, etirazın bir nüsxəsini iddiaçıya, yəni mənə də versin. Sonra məndən soruşdu ki, bu etirazı oxumusunuz? Dedim, xeyr, görürsünüz ki, indi təqdim edildi, amma niyə elektron kabinetə yüklənməyib? Ardınca bildirdim ki, oxuyub mövqeyimi bildirərəm.

Nəhayət, hərəkətindən və davranışından əvvəldən də sezildiyi kimi, hakim iddianın baxılmasının Xəbər verdiyimiz kimi, fevralın 14-də Bakı İnzibati Məhkəməsində «Təzadlar» qəzeti rəhbərliyinin Dövlət İmtahan Mərkəzinə qarşı inzibati iddiasına baxılmışdır.

Məhkəmənin İş№-2-1(112)-17311/2024 saylı, 28.12.2024-cü il tarixli SƏRƏNCAM-ı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sübutlar hakim Orxan Həsənovun icraatına verilmişdi. Hakim həmin gün DİM-in nümayəndəsinin iştirakı ilə məhkəmənin hazırlıq iclasını keçirdi, cavabdehə vəkillik etməkdən çəkinmədi.

-Hörmətli İnam müəllim!

Bildirirəm ki, feralın 14-də Azərbaycan Respublikası İPM-nin 47-ci və 49-cu maddələrinə əsasən, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə iddia ərizəsinə Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənovun sədrliyi ilə baxıldı. Hakim ilk andan qarşı tərəfə tutalqa verən məlumatları sızdırmağa başladı. Məsələn, hakim dəfələrlə məndən soruşurdu ki, bu informasiya sorğusunda məqsədimiz nədir? Dərhal qarşı tərəf eyni sualla mənə suallar verirdi və mən izah etdikcə hakim məndən tələb edirdi ki, «Siz sualı ətraflı cavablandırın…» və s. Mən isə hakimin diqqətinə çatdırırdım ki, bu məqsəd «Media haqqında» Qanunda aydın şəkildə yazılıb… Hakim təkrar tələb edirdi ki, bir az da ətraflı izah verim. Təkrarən bir də izah edirdim ki, media subyekti və jurnalist informasiya toplamaqda, istehsal etməkdə və yaymaqda azaddır, onun üzərinə senzura tətbiqi yolverilməzdir! DİM rəhbərliyi isə bizim subyektiv hüquq və mənafelərimizi pozur, peşə fəaliyyətimizə əngəl törədir, senzuralıq edir. Jurnalistin və medianın məqsədi istehsal etdiyi informasiyanın ictimai əhəmiyyətliliyini nəzərə alaraq onu ictimailəşdirməkdir.

Hakimin bu hərəkətləri cavabdehin nümayəndəsi Mirzəağa Yaqubzadəni həvəsləndirərək təkrarən çaşdırıcı və gələcəkdə qəbul ediləcək qərarın məzmununa təsir edəcək sual verməyə yönəldirdi. Məsələn, məhkəmənin hazırlıq iclasında hakim mənə bildirdi ki, axı bəzən bu tip sorğuları cavablandırmaq problemlər yaradır. Mən soruşanda ki, «Möhtərəm hakim, axı bu adi və sadə bir sorğudur. Sorğuda Bağırov Nahid Rza oğlu adlı şəxsin ali təhsili ilə bağlı məlumat özü tərəfindən artıq ictimailəşdirilmişdir, biz isə bunun DİM tərəfindən rəsmi təsdiqini xahiş etmişik», hakim dərhal həmin şəxsin İsmayıllı rayon İH-nin başçısı olduğunu bildirdi.

Sual yaranır: Hakim bunu hardan bilirdi və ya bilirdisə də, bunu məhkəmə iclasında niyə açıqlayırdı? Axı mən informasiya sorğusunda həmin şəxsin statusu və ya vəzifəsi barədə heç nə yazmamışdım. Hansı ki, hakim məndən həmin sorğunun surətini istəyəndə sistemdə olmasına baxmayaraq, kağız variantını da ona təqdim etdim.

İkincisi və ən vacibi, məhkəmənin hazırlıq iclasında hakim DİM nümayəndəsinə nəsə müəmmalı və şübhəli işarə vurduqdan sonra, DİM nümayəndəsi M.Yaqubzadə məhkəməyə «İddiaya etiraz» ərizəsini təqdim etdi. Halbuki həmin sənəd əvvəldən məhkəmənin elektron kabinetinə yüklənməli idi. Hakim nümayəndəyə bildirdi ki, etirazın bir nüsxəsini iddiaçıya, yəni mənə də versin. Sonra məndən soruşdu ki, bu etirazı oxumusunuz? Dedim, xeyr, görürsünüz ki, indi təqdim edildi, amma niyə elektron kabinetə yüklənməyib? Ardınca bildirdim ki, oxuyub mövqeyimi bildirərəm.

Nəhayət, hərəkətindən və davranışından əvvəldən də sezildiyi kimi, hakim iddianın baxılmasının mümkünsüzlüyü barədə qərardad qəbul etdi və elan etdi ki, 10 gün müddətində həmin qərardaddan apellyasiya şikayəti verilə bilər.

Hörmətli İnam müəllim,

əvvəla bildirim ki, mən fevralın 14-dən bu günədək elektron kabinetə daxil oluram və hakim hələ də qərardadı kabinetə yerləşdirməyib. Dünən sistemdə oxudum ki, guya qərardad fevralın 17-də, saat 14:38-də kabinetə yerləşdirilmişdir. Sitat: «e-2-1(112)-5911/2025 nömrəli iş üzrə 14.02.2025 tarixli Qərardad elektron kabinetdə yerləşdirildi». Sistemə isə bu Qərardad hələ də yerləşdirilməyib. Niyə, nədir məqsəd??? Nəhayət, bu gün hakimin köməkçisinə zəng etdim, xanım israrla bildirdi ki, qərardad kabinetə yerləşdirilib. İzah etdim ki, xanım, mən kömpüterin önündəyəm, sistemdə yoxdur belə bir qərardad. Xanım dedi ki, yəqin sizin sistem işləmir. Bir daha başa salıram ki, xanım, hakim Orxan Həsənova çatdırın, bizim vaxtımız cəmi 10 gündür, bizi qəsdən yübadıb şikayət hüququmuzu məhdudlaşdırmasın, qərardadı təcili olaraq sistemə yüklətdirsin. Köməkçi nə desə yaxşıdır: «Qoy onda hakimlə məsləhətləşim, görüm icazə verir…».

 Hörmətli İnam müəllim, 

təsəvvür edirsimnizmi, hakim Orxan Həsənovun ölkəmizdəki qayda və qanunlardan qətiyyən xəbəri yoxdur, ölkə Prezidentinin məhkəmə sistemində aparılmalı olan islahatlara dair siyasi iradəsini belə saya salmır. Bəlkə də o sizin MHŞ-nin sədri olduğunuzu da bilmir!

Nəhayət, ən dəhşətli fakt: hakimin köməkçisi bir neçə dəqiqədən sonra mənə zəng edib deyir ki, hakim sistemə yükləməyə icazə vermədi, sabah gəlin kağız variantını götürün!

Bu artıq Azərbaycan dövlətinin adından qərar qəbul edən hakimin özbaşınalığının son həddidir! Görün canımızı və qanımızı qurban verdiyimiz, adını dünyaya ucaltdığımız bu dövlətin adından kim qərar qəbul edir!

 Hörmətli İnam müəllim,

sonda bir vacib məqam: DİM nümayəndəsinin «Etiraz» məktubunu bu gün oxumuşam. İnanın, məhkəmə iclası video və səs yazısı ilə qeydə alınırdı, araşdırsanız, təəssüflənəcəksiniz, hakimin hazırlıq iclasında mənə xitabən söyləyib, dolayısı ilə cavabdeh tərəf işarə vurduğu əsas xüsusatların hamısı bu «Etiraz»da əks olunub. Axı hakim həmin «Etiraz»ı mənimlə birlikdə məhkəmə zalında DİM nümayəndəsindən qəbul etdi. Hakim qabaqcadan «Etiraz»da yazılanları hardan bilirdi? Düşünürəm və əminliklə bildirirəm ki, savadlı tərtib olunmuş və müxtəlif qanunlara istinadlı həmin «Etiraz» hakim Orxan Həsənov tərəfindən əvvəlcə yazılıb DİM nümayəndəsinə verilmişdir. Çünki hakimin iddianın baxılmasının mümkünsüzlüyünü əsaslandıran fikirləri bu «Etiraz»da olduğu kimi əks olunub.

Bunları nəzərə alaraq Sizdən xahiş edirəm:

-«Məhkəmə və hakimlər haqqında» Qanunun tələblərini kobud surətdə pozduğuna görə hakim Orxan Həsənovun barəsində intizam icraatı başlanılsın!

Hörmətlə: Asif Mərzili, iddiaçı, jurnalist

Bakı şəhəri, 18 fevral 2025-ci il.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources