EN

Mask "Grok"u təqdim etdi - FOTO

Amerikalı milyarder İlon Mask özünün "xAI" şirkətinin "Grok" süni intellekt servisinin yeni versiyasını - "Grok 3"ü təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İ.Mask "Grok 3"ü dünyanın ən ağıllı süni intellekti adlandırıb.

Şirkət nümayəndələrinin fikrincə, "Grok 3" "Google Gemini"ni, "DeepSeek V3"ü, "Claude"ni, habelə "GPT-4"ü üstələyir.

İ.Maskın sözlərinə görə, "Grok 3" əvvəlki versiyanı - "Grok 2"ni üç dəfə üstələyir. Şirkət "Grok 3" üçün "Deepsearch" "ağıllı" axtarış sistemini də təqdim edib.

Qeyd edək ki, "Grok 3" modeli "X" sosial şəbəkəsində "Premium+" sahibləri üçün əlçatandır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
45
milli.az

1Sources