EN

İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat veriblər.

Bildirilib ki, Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.

 

Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.

Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalası Azərbaycan memarlığının nadir nümunələrindəndir.

Qeyd edək ki, Azərbaycan dövləti xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir. Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən dağıdılan, məhv edilən irsimiz, o cümlədən tarixi, dini abidələrimiz bu gün dövlətimizin tərəfindən təmir-bərpa edilir, yenidən qurulur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu işlərə mühüm töhfə verir. Fond tərəfindən bu istiqamətdə aparılan işlərə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən qurulmasını, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmirini, Zəngilan məscidinin tikilməsini, Ağdam Cümə məscidinin bərpasını və s. misal göstərmək olar. Bütün bu işlər, eyni zamanda, bölgənin turizm potensialının inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.

DOĞRU.AZ

image-kgufohzszufhjdb71t11bcmfbhxgphvfmou8ow65_640 image-kng1mcitou39aakiiqintzlke2uchbptqj4mewml_640 image-blmdhclwuqjibtfklnw25puuhahrrbfi2g9bac94_640 image-8syeuq1hxy4ubis2aod5x9g2ardswcyhe3b8jolf_640 image-ihyuvzv2rwh7q16zkernyx8kevizyqelzo9rord6_640 image-txfxznektrngxcn2vm7pcn43zyhz8qbdlmh2kyvy_640 image-w1icluhkxooobm5fde8bzirkeel5srnnls3l4ddz_640 image-jwvquhbiyvuhymuoueoxcmvg3npetzxon3fmlzhv_640 image-jnt2nv9xbqasguh5a4kjwdu8jfanbjdnf51n3x5z_640 image-i8savmpwavxpsenezzcjlkeixckznx9huv2wgasi_640

Chosen
43
20
dogru.az

10Sources