EN

"YIĞIM Payment System" işçi axtarır - VAKANSİYA

YIĞIM Payment System

Mühasib (hesabatlar üzrə)

Son tarix 18 mar 2025 - [email protected]

Biz kimi axtarırıq?

Əgər sən:

  • Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
  • Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
  • Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
  • Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,

Deməli, sən bizim axtardığımız namizədsən!

Səni nələr gözləyir?

  • Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
  • Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
  • E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
  • İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
  • Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.

Səndən gözləntilərimiz:

  • Dövlət vergi hesabatlarının hazırlanması və yoxlanılması : Əmlak, ƏDV, ÖMV, VAHİD (Muzdlu), mənfəət və digər müvafiq bəyannamələr
  • Debitor və kreditor borclarının uçotunun aparılması
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyə uyğun işləmək
  • Vergi dəyişikliklərini izləmək və tətbiq etmək
  • Mühasibat uçotunun dəqiq və düzgün aparılması
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə)
  • Vergi və mühasibat uçotu (hesablar üzrə) ən azı 3-5 il iş təcrübəsi
  • Yeni vergi sistemində sərbəst işləmə bacarığı
  • 1C, Excel və MS Office proqramlarını yüksək səviyyədə bilmək
  • Dəqiqlik, detallara diqqət və analitik düşünmə bacarığı

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı.
  • Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
  • Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
  • Peşəkar və karyera inkişafı üçün imkanlar. 
  • Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
  • Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!

Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni elektron poçt mail ünvanına göndər.

YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!

Chosen
25
fed.az

1Sources