Avropa İttifaqı ölkələri Rusiya-ABŞ görüşünə cavab olaraq Ukraynaya yeni yardım paketi ayırıblar.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Yeni yardım paketi 6 milyard avro həcmindədir.
“Yardım paketinə 1,5 milyon artilleriya mərmisindən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər – hər şey daxildir. Bu yardım paketi Ukrayna münaqişəsi başlanandan bu günə qədər ən böyük yardım paketlərindən biri olacaq. Yardım simvolik olaraq avropalı komissarların Kiyevə səfəri zamanı, yəni fevralın 24-də təqdim edilə bilər”, – deyə nəşrin məlumatında qeyd edilir./globalinfo.az