EN

Makron Putinlə danışıqlara hazır olduğunu açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb

APA xəbər verir ki, bu barədə “La Dépêche” nəşri məlumat yayıb.

“Aydındır ki, vəziyyətə faydalı olarsa, onunla yenidən danışacağam”, - Makron qeyd edib.

Eyni zamanda, Fransa rəhbəri Rusiya Prezidenti ilə hərbi əməliyyatların başa çatması kontekstində Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyini açıqlayıb.

Chosen
16
1
apa.az

2Sources