EN

Rubio Fransa, İtaliya, Britaniya və Almaniyanın XİN başçıları ilə danışıqlar aparıb

ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında Rusiya nümayəndə heyəti ilə görüşdükdən sonra Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Fransa, Britaniya, İtaliya və Almaniyanın xarici işlər nazirləri ilə danışıqlar aparıb.

APA xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Onlar ABŞ dövlət katibi ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında həmin gün Səudiyyə Ərəbistanında baş tutan görüşü müzakirə ediblər”, - məlumatda deyilir.

Chosen
54
apa.az

1Sources