UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinə yekun vurulacaq. SİA xəbər verir ki, cavab matçında son çempion “Real” evdə “Mançester Siti”ni qəbul edəcək. Bu komandalar arasında ilk oyun “kral klubu”nun 2:3 hesablı üstünlüyü ilə bitib.
“Santyaqo Bernabeu” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
“PSJ” (Fransa) - “Brest” (Fransa) (ilk oyun 0:3)
“Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya) (ilk oyun 0:3)
“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)(ilk oyun 2:3)
PSV (Niderland) “Yuventus” (İtaliya)(ilk oyun 2:1)