EN

Spirtli içki 124 nəfərin həyatına son qoydu

Son altı həftə ərzində Ankara və İstanbulda saxta spirtli içki istifadəsi nəticəsində 124 nəfər ölüb. AzPost xəbər verir ki, bu barədə bnr portalı yazır .

Bildirilib ki, onlarla insan reanimasiyadadır. Təkcə Ankara xəstəxanalarında 40 nəfər ölümcül vəziyyətdə həyatla mübarizə aparır.

Hadisələrin çoxluğu ilə əlaqədar Baş Prokurorluq tərəfindən  araşdırmalara başlanılıb. 28 şübhəli saxlanılıb. Qeyd olunur ki, bir çox istehsalçı spirtli içkiləri evdə hazırlayıb.

Qeyd edək ki, sonuncu spirtli içki ilə kütləvi  zəhərlənmə faktı yanvar ayında qeydə alınıb. Həmin vaxt 65-ə yaxın zərərçəkmiş İstanbul xəstəxanalarına yerləşdirilib. Onlardan 19-u dünyasını dəyişib. Zəhərlənənlərin əksəriyyəti turistlər olub. Bu işdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Xatırladaq ki, Türkiyədə saxta içkidən zəhərlənmə halları ilk dəfə deyil. Əvvəllər də bu barədə dəfələrlə mətbuatda məlumat yayılıb.

Xüsusilə də bar və gecə klublarında saxta içki təklif olunur. Zəhərlənənlərin əksəriyyəti isə ölkəyə gələn turistlər olur.

 

Chosen
24
azpost.info

1Sources