EN

Hadisənin konsertində həyəcanlı anlar - Müğənni özünü itirdi - VİDEO

Hadisənin Bursa konsertində həyəcanlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, məşhur müğənni Hadise Bursa konsertində qorxu dolu anlar yaşayıb. Belə ki, onun pərəstişkarı təhlükəsizlik maneələrini aşaraq səhnəyə çıxıb və onu qucaqlamağa çalışıb.

Hadisə səhnədə çıxışı zamanı gözlənilmədən pərəstişkarının üstünə doğru gəldiyini görüb və nə edəcəyini bilməyərək qorxudan qışqırıb. Təhlükəsizlik xidməti dərhal müdaxilə edərək şəxsi səhnədən uzaqlaşdırıb.

Hadisənin qorxu dolu anları sosial mediada geniş müzakirəyə səbəb olub.

Son zamanlar "O Səs Türkiyə"dəki açıqlamaları və "Esas Oğlan" serialının uğursuzluğu ilə gündəmdə olan Hadisə qorxsa belə konsertə davam edib.

İsmayıl
Milli.Az

Chosen
29
8
milli.az

10Sources