16-18 may 2025-ci il tarixlərində Bakı və Xankəndi şəhərlərində Ankara Hacı Bayram Veli Universitetinin Turizm, Qarabağ Universitetinin İqtisadiyyat, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültələrinin birgə təşkilatçılığı ilə 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransı keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.
Əsas mövzu: Mədəni irs və Türk mirası
Alt mövzular:
Türk Dünyasında mədəni irs və turizm
* Türk Dünyasında ortaq mədəni irs elementlərinin turizmdə rolu
* Türk Dünyası ölkələri arasında mədəni irs turizmi əməkdaşlığı
* Ortaq tarix və mədəniyyətin turizm vasitəsilə təbliği və qorunması
* Türk Dünyasında mədəni irs turizminin inkişafı strategiyaları
* Türk Dünyasında mədəni irsin davamlı turizmlə dəstəklənməsi
Mədəni irsin qorunması və davamlı turizm
* Mədəni irsin qorunmasında davamlı turizmin rolu
* UNESCO-nun Dünya İrs Siyahısı və turizmə təsirləri
* Mədəni irs sahələrində ziyarətçilərin idarə olunması strategiyaları
Mədəni irsin rəqəmsallaşdırılması və virtual turizm
* Mədəni irsin rəqəmsal arxivləşdirilməsi və virtual muzeylər
* 3D modelləşdirmə və artırılmış reallıq tətbiqləri
* Rəqəmsallaşmanın turizmdə yeni imkanlar yaratması
Mədəni irs turizmi və iqtisadi təsirlər
* Mədəni irs turizminin yerli iqtisadiyyata verdiyi töhfələr
* Turizm gəlirlərinin mədəni irsin qorunmasına yönləndirilməsi
* Mədəni irs turizminin davamlı inkişafa təsiri
Yerli icmalar və mədəni irs turizmi
* Mədəni irs turizmində yerli əhalinin iştirakı
* İcma əsaslı turizm və yerli iqtisadiyyatların gücləndirilməsi
* Mədəni irsin turizmə açılması və sosial dinamika
Mədəni irs və təhsil: turizmin rolu
* Mədəni irsin təhsil yolu ilə təbliği və turizmə inteqrasiyası
* Məktəblərdə mədəni irs haqqında məlumatlılığın artırılması
* Mədəni irs sahələri üçün turizm təhsili proqramları
Mədəni irs və turizmdə etik yanaşmalar
* Mədəni irsin turizm vasitəsilə kommersiyalaşdırılması və etik məsələlər
* Ziyarətçilərin sayı ilə mədəni irsin qorunması arasında tarazlıq
* Turizmdə mədəni irsin düzgün təmsil olunması
Gələcək nəsillər üçün mədəni irs və turizm strategiyaları
* Mədəni irsin gələcək nəsillərə ötürülməsində turizmin rolu
* İqlim dəyişikliyi və mədəni irsin qorunması
* Mədəni irs turizmi üçün innovativ strategiyalar və siyasətlər
Rekreasiya təhsili və mədəni irs
* Mədəni irs sahələrində rekreasiya təhsili proqramları
* Gənclər üçün mədəni irsə yönəlmiş rekreasiya tədbirlərinin təşkili
* Mədəni irsin qorunmasında rekreasiya təhsilinin rolu
Türk Dünyasında ortaq qastronomiya irsi
* Türk Dünyasına xas ortaq mətbəx mədəniyyətlərinin turizmə töhfəsi
* Türk Dünyasında qastronomiya və mədəni irsin təbliği üçün əməkdaşlıqlar
* Ortaq yemək festivalları və qastronomiya turizminin inkişafı
Konfransda iştirak üçün son müraciət tarixləri:
Tezis/Məqalənin təqdim edilməsi üçün son tarix: 05 Aprel 2025-ci il
Qəbul edilən tezis və məqalələrin elanı: 20 Aprel 2025-ci il
Qeydiyyat və müəllif hüququ formalarının təqdim edilməsi üçün son tarix: 25 Aprel 2025-ci il
Konfrans proqramının elanı: 05 May 2025-ci il
Konfrans və qeydiyyat barədə ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz.