EN

Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır

Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazi bütövlüyünü bərpa edib.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın indi ehtiyacı olan ən əsas məsələ beynəlxalq norma və prinsiplərə tam əməl olunmasıdır:

“Mənfi tendensiyaları geri qaytarmağın, dünyada sülhə, əmin-amanlığa nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır”.

S.Qafarova vurğulayıb ki, parlamentarizmin əsas məqsədlərindən biri parlamentlərin ölkələrin sərhədləri çərçivəsindən kənara çıxmasıdır:

“Biz hazırda APA-nın büdcəsinin formalaşdırılması haqqında qərarın əldə olunmasına da yaxınıq. Bütün bunlar APA-nın güclənməsinə şərait yaradacaq”.

Chosen
19
8
ikisahil.az

9Sources