EN

Səidədən QINAQ ATƏŞİ: “Əvvəllər abır-həya var idi, amma indi…”

“İstəmirəm, oğlum şou-biznesdə olsun, qətiyyən istəmirəm. Şou-biznesdən uzaqda olsun, dünyanı gəzsin”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova “Xəbərin var” verilişində deyib.

Sənətçi bunu son vaxtlar şou-biznesdə baş verənlərlə əlaqələndirib:

“İndiki vaxtda, ümumiyyətlə, istəmirəm. Bəlkə də əvvəllər olsaydı, razılıq verərdim, amma indi istəmirəm. Kameralardan uzaq olsun. Olanı da deyirlər, olmayanı da… Əvvəllər abır-həya olub, efir mədəniyyəti, efir üçün geyim tərzi var, lakin indi belə deyil. Baxırsan, bilən də danışır, bilməyən də. Oxuya bilən də oxuyur, oxuya bilməyən də…”

Nehru

Chosen
16
yenicag.az

1Sources