EN

Üç boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda yığma üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə çıxmadığına görə təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də baş tutacaq.

Boksçularımız Serbiyada 6 medal qazanıb

Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Qadın boksçularımız Belqradda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bakıda keçirilən Çempionlar Gecəsi ilin ən yaxşı yarışları sırasında yer alıb

Boks federasiyası əcnəbi hakimlərə sertifikat təqdim edib - foto

Chosen
49
10
apasport.az

10Sources