EN

Aptek istifadəçilərinə xəbərdarlıq

Ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satılan dərman vasitələri üçün Azərbaycan dilində yazılı olan içlik vərəqi olmalıdır.

“Heftelik.az”ın məlumatına görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş mütəxəssisi Elvin Nağıyev “Xəzər Xəbər”ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, apteklərdə satılan dərmanların içlik vərəqinin olmaması təqdirdə apteklərin cərimələnməsi həyata keçirilir.

Onun sözlərinə görə, bu addım ölkə daxilində satılan bütün növ dərman vasitələrinin qeydiyyatdan keçməsi və benəlxalq qeydiyyatın tanınması üçün atılır:

“Apteklərə təqdim olunan hər hansı dərman vasitəsinin içliyi xarici dildə yazılarsa, bu vərəqin qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təstiqlənmiş forması aptek sahibinə təqdim olunmalıdır. Azərbaycan dilində içlik vərəqi olmadığı tədqirdə istehlakçının tələbi nəticəsində aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunmalıdır”.

Elvin Nağıyev həmçinin bildirib ki, bu qanunun pozulması halları baş verdikdə İnzibati Xətalar Məcəlləsinə əsasən müəyyən cərimələr tətbiq olunur. Belə ki, dərman vasitəsinin içliyinin Azərbaycan dilində təstiqlənmiş forması qeydiyyat vəsiqə sahibi tərəfindən aptekə verilmədiyi halda vəsiqə sahibi vəzifəli şəxs olduğu halda 1500-2000 manat məbləğində, hüquqi şəxs olduğu halda isə 5000-7000 manat məbləğində cərimə olunur.

Aptek istifadəçinin tələbinə görə sözügedən bu vərəqi çap edib vermədiyi halda isə 50 manat məbləğində cərimə olunur.

Müəllif: Türkan_zadə

Chosen
20
heftelik.az

1Sources