EN

Paytaxtda sənaye istehsalı 5% azalıb

Ötən il Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 53,2 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 5,2% azdır.

Bakı Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 75,9%-i mədənçıxarma, 20,9%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

“Sənayedə qeyri-dövlət sektorunun payı 82,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1% təşkil edib”, - məlumatda qeyd olunur.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2025-ci il vəziyyətinə 342,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

"Cebhenfo.az"

Chosen
34
4
cebheinfo.az

5Sources