EN

Azərbaycanla Türkiyə arasında media sahəsində qurulan strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb - Əhməd İsmayılov

Azərbaycanla Türkiyə arasında media sahəsində qurulan strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb.

Olaylar.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masasında deyib.

O bildirib ki, memorandum media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib:

"İki ölkə arasındakı strateji münasibətlərin inkişafı informasiya mühitinin dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyətinə təkan verir.

Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan bu strateji əməkdaşlıq yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməklə kifayətlənməyib, eyni zamanda, regionda və dünyada səsləndirdiyimiz həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına da əvəzolunmaz töhfələr verib".

"Bu, 5 il ərzində hər iki ölkənin media subyektləri bir sıra layihələr həyata keçirib, peşəkar kadrların hazırlanması üçün təlimlər təşkil etmiş və bu sahədə əməkdaşlıqlar genişləndirilib", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
1
olaylar.az

2Sources