EN

“Bu ağır təhlükə qarşısında hamımız məsuliyyət daşıyırıq” - Yenilənib

“Bu gün burada olmağımız iki qonşu xalqın tarixi bağlarının və dostluğunun olduğunu ifadə etməkdədir”​. 

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib. 

M.B.Qalibaf bildirib ki, bu gün dünya dərin dəyişikliklərdən keçməkdədir: “Dünya əhalisinin 60%-nin yaşadığı Asiya sivilizasiyanın baş verdiyi qitədir. Hər birimiz sülhə, dostluğa, bərabərliyə, ədalətə dərindən sadiqik. Asiya xalqının nümayəndələri olaraq bu qitənin bütün maraqlı tərəflərinin səsi olmalıyıq. 

Dünya region xalqları və xüsusilə əzab çəkən Qəzza xalqı bizi onların səsi olmağa çağırır. Bu ağır təhlükə qarşısında hamımız çox böyük tarixi, hüquqi, mənəvi məsuliyyət daşıyırıq. Keçən il ərzində ağır məsrəflərə baxmayaraq, bölgədəki xalq müqaviməti yaxşı təchiz edilmiş hərbçilərə qarşı dayanaraq mütəşəkkil soyqırım və terrorizmə baxmayaraq, bu rejimi strateji məğlubiyyətə uğratdı. Lakin təəssüf ki, son aylarda boş dayanmırlar, hazırda regionda yeni sui-qəsdlər hazırlayırlar. 

Biz bütün azadlıqsevər xalqları, qurumları, dövlətləri, xüsusilə APA-ya üzv olan ölkələri Fələstin xalqının hüquqlarını dəstəkləməyə çağırırıq. Öz müqədərratını təyin etmək ancaq Fələstin xalqına məxsusdur. Dünyanın yeni sülh və çoxtərəfliliyə ehtiyacı var”.

***

Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali isə bildirib ki, Asiya ölkələrinin əməkdaşlığı digər ölkələrə nümunə olmalıdır.

“Həqiqətən Oman sultanlığı inanır ki, parlamentlərarası işlərin görülməsi diplomatiya sütunlarından biridir. Oman sultanlığı APA-nın daimi üzvlüyünə sənədlərini təqdim edib. Biz təkcə üzv olmaqla kifayətlənmirik, bütün qərarlarda dəstək durmağa da kömək edəcəyik. Parlament diplomatiyası xalqlar arasında ən böyük körpüdür. Biz əgər regionda sülhdən danışırıqsa, Fələstin məsələsini də qeyd etməliyik. Çünki fələstinlilərin öz yerlərindən məcburi şəkildə köçürülməsi sülhdə yer almayan məsələlərdir. Əksinə bu, sülhü dağıdır. Biz Asiya ölkələri olaraq Fələstin xalqının hüquqları üçün vahid mövqe ortaya qoymalıyıq. Çünki Fələstin Asiyanın ayrılmaz hissəsidir”, - deyə Xalid Hilal Nasir Al Maavali deyib. 

Nuranə Daxilqızı 

Chosen
8
1
qafqazinfo.az

2Sources