EN

Pakistanın ən işlək magistralına Türkiyə prezidentinin adı verildi

 

  Pakistanın paytaxtı İslamabaddakı F-8 qovşağı da daxil olmaqla ən işlək magistral hissələrdən birinə Türkiyə prezidentinin adı verilib.

  Rəcəb Tayyib Ərdoğan qovşağının açılış mərasimində Pakistanın Baş naziri Şahbaz Şərif, Daxili işlər naziri Möhsün Nəqvi və Türkiyənin Pakistandakı səfiri İrfan Nəziroğlu iştirak edib.

  Xatırladaq ki, prezident R.T.Ərdoğan Asiya-Sakit okean turu çərçivəsində keçən həftə Pakistana getmişdi. Dostluq və qardaşlıq mesajlarının verildiyi səfərdə paytaxt İslamabaddakı F-8 qovşağı da daxil olmaqla yolun adının dəyişdiriləcəyi, yola "Rəcəb Tayyib Ərdoğan" adının veriləcəyini deyilmişdi.

  Yolun rəsmi açılış mərasimi fevralın 18-də - Türkiyə prezidentinin səfərindən bir həftə sonra həyata keçirilib.



Chosen
13
trt.net.tr

1Sources