Rusiyanın Amur vilayətində təxminən beş min kilometr yürüşü olan nadir 1977-ci il “Moskvich-412” sedanı satışa çıxarılıb.
Avtosfer.az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, arxa ötürücülü olan “Moskviç”, 1,5 litrlik benzin mühərriki, 75 at gücü, mexaniki sürət qutusu ilə təchiz olunub. Avtomobilin qiyməti 1,2 milyon rubl (indiki məzənnə ilə 21.000 manat) təşkil edir.
“Avtomobilin kuzovu al qırımızı rəngə boyanıb. Xrom, optika, şüşə, interyer - hər şey mükəmməl estetik vəziyyətdədir. “Moskviç”in fərqləndirici xüsusiyyətlərindən biri onun ağ halqalı ikirəngli təkər diskləridir” - nəşr yazıb.
Satışa çıxarılan model həm də “İjevsk Avtomobil Zavodu”nun konveyerində seriyalı yığılmanın birinci ilində buraxılması ilə diqqət çəkir.
Namiq Musayev