EN

Misirdə 3500 illik firon məzarı tapıldı

Misirin cənubundakı Luksor şəhərində 3500 il əvvələ aid fironun məzarı tapıb. Məzarda çox sayda qablar da aşkarlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə ölkənin Turizm və Antiklər Nazirliyinin saytında açıqlama verilib.

Məlumatda Misirin Qədim Abidələr üzrə Ali Şurası ilə Misir-İngiltərə müştərək arxeoloji missiyasının 3500 il əvvələ aid olan Kral II Tutmosun (e.ə. 1493-1481) məzarının üzə çıxarılmasına nail olduğu bildirilib.

Qeyd olunub ki, bu, Misirdə XVIII kral sülaləsinin (təxminən m.ö. 1550/1549-1292) tapılmış sonuncu məzarıdır.

Bildirilir ki, məzarın 2022-ci ildə Misirin Əl-Üqsür şəhərində yerləşən “Krallar vadisi” və ya “Fironlar vadisi” adlanan yerdən təxminən 2,4 kilometr qərbdə, Taybe dağında aparılan qazıntılar və arxeoloji tədqiqatları zamanı tapıldığı ifadə edilib.

Turizm və antiklər naziri Şerif Fəthi bildirib ki, 1922-ci ildə Kral Tutankhamonun məzarının tapılmasından sonra aşkarlanan ilk kral məzarıdır.

Misirin Qədim Abidələr üzrə Ali Şurasının baş katibi Məhəmməd Xalid də məzardan tapılan qabların bəzi hissələrində Kral II Tutmosun, eləcə də onun həyat yoldaşı Hatşepsutun adının yazıldığını və bu yazıların məzarın sahibinin kimliyini təsdiqlədiyini qeyd edib.

Xalid bu kəşfi son illərin mühüm arxeoloji kəşflərindən biri hesab edir.

Chosen
34
cebheinfo.az

1Sources