EN

Sabah Bakıda qar yağacaq

Fevralın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhərdən bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Bəs rayonlarımızda hansı hava şəraiti gözlənilir?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Yollar buz bağlayacaq

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Chosen
1
49
apa.az

10Sources