EN

PAŞA Sığortadan avtomobilinizin istehsal ilinə uyğun endirim kampaniyası başlayıb

PAŞA Sığorta avtomobillərin bazar dəyəri qədər təminat verən məhsulu olan Tam KASKO sığortası üzrə xüsusi kampaniya elan edib.

“Avtomobilinin istehsal ili sənin fürsətindir” adlı kampaniyadan yararlanan sürücülər idarə etdikləri avtomobilin istehsal ilinə uyğun olaraq 25 %-dək endirim qazanacaqlar. Kampaniyanın şərtlərinə əsasən, endirim avtomobilinin istehsal ili 2006-ci il və daha yuxarı olan, sığorta haqqı 500 AZN-dən yüksək olan fərdi müştərilərə şamil ediləcək. Nümunə olaraq, istehsal ili 2008-ci il olan avtomobillər üçün 8 % endirim, 2024-cü il olan avtomobilllər üçün 24 % endirim tətbiq ediləcək.

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün cutt.ly/6rwYiGG8 linkinə keçid edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Chosen
4
1
apa.az

2Sources