Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq edib.
AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, təlimatın əsas məqsədi "yaşıl" və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat çərçivəsində "yaşıl" və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələr müəyyən olunub.