Zalujnı Ukrayna prezidenti postuna namizəd olub-olmayacağını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Valeri Zalujnı Ukrayna prezidenti postuna namizəd olub-olmayacağına cavab verib.
O bildirib ki, qərarını bunun üçün şərtlər uyğun olduqda elan edəcək.
“İndi bizim bir vəzifəmiz var – ayaq üstə durmaq və dövlətimizi qorumaq. Və yalnız bundan sonra başqa bir şey haqqında düşünəcəyik”, – Zalujnı deyib.
Xuraman Etibarlı
İnterpress.az